Aug 14 2020 14:30
Views: 211

Dünya iqtisadiyyatında formalaşan dərin sistemli böhran dalğası qızılın qiymətində artıma səbəb olub. İndi qızılın bir unsiyası 1962 dollardan bahadir. Çox güman ki, bu artım hələ bir müddət davam edəcək. Lakin qiymətlərin dəyişməsi və qızılın dəyər qazanması alıcıların deyil, qızıl ehtiyatı yığanların işinə daha çox yarayır. Elə ölkəmizdə də pandemiya dönəmində zərgərlik məmulatlarına tələb xeyli aşağı düşüb. 2015-ci ildə yaşanan iqtisadi böhran, zərgərlik bazarında bir neçə il durğunluğa səbəb oldu. Buna səbəb zərgərlik məmulatlarının qiymətinin iki dəfə yüksəlməsi idi. Zaman keçdikdə dəyərli metal və daşların qiyməti yenidən sabitləşdi. Yeni canlanmağa başlayan dünya zərgərlik bazarı təəssüf ki, bu dəfə də aylardır həyatımıza kök salan koronavirus səbəbindən daha böyük problemlə üzləşib. Xatırladaq ki, Azərbaycan xarici bazarlara qızılı xammal olaraq ixrac edir. Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 min 704 unsiya qızıl, 15 min 274 unsiya gümüşün satışından, ölkəmiz ümumilikdə 12 milyon dollardan çox vəsait əldə edib.


Create Account



Log In Your Account