Nov 27 2019 15:02
Views: 248

Azərbaycan yandırılan səmt qazının səmərəliliyinin nisbətinə görə Avropa İttifaqına neft ixrac edən 10 ölkəsi arasnda birinci yeri tutur. Bunu “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda çıxış zamanı Azərbaycan Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib. Qeyd edib ki, SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə Azərbaycan yanacaq istehlakı sektorunda karbon emissiyasının azalmasını təmin edən milli fəaliyyət Planı layihəsinin icra etməkdədir.  SOCAR-ın prezidenti Rövnəq Abdullayev  bildirib ki, SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır.  Onun sözlərinə görə, şirkət həm də Dünya Bankının və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bilıdirib ki,  Azərbaycan iqtisadiyyatı daha çox enerji resurslarının hasilatı ilə bağlı olsa da, ölkəmizdə alternativ və bərpa olunan enerjinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Qeyd edib ki, meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir


Create Account



Log In Your Account