Mar 16 2019 18:58
Views: 239

Üç gün davam edən VII Qlobal Bakı Forumu bu gün başa çatdı. Forumun sonuncu iş günü də maraqlı məsələlərin müzakirəsi ilə yadda qaldı. “Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?”, “İnformasiya dolğunluğu və dezinformasiya risqi”, “Müttəfiqlərin gələcəyi və onların arxasındakı motivasiya” mövzuları ətrafında yerli və xarici spikerlər fikir mübadiləsi apardılar. “Dünyanın yeni xarici siyasəti” adı altında keçirilən forumun qonaqları Azərbaycanın belə mühüm bir tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirirlər. Burada qlobal və regional əhəmiyyət daşıyan məsələlərin qaldırılmasını müsbət dəyərləndirirlər.
Forumun sonuncu iş günündə əhəmiyyətli müzakirələrdən biri də “Cənubi Qafqazda regional təhlükəsizlik problemləri” oldu. Dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri və siyasi xadimlər regionda baş verən hadisələr, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlər səsləndirdilər.
VII Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 500-dən çox nümayəndə iştirak edib. Dünyada mühüm beynəlxalq platformaya çevrilən forum çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account