Jul 02 2020 18:02
Views: 385

Pandemiya, bütün geosiyasi risklər, bəyanatlar neftin qiymətinə təsir edir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Valday Klubu ilə birgə təşkil etdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, “COVID-19” 21-ci əsrin qlobal böhranına səbəb olub. Pərviz Şahbazov neftin qiymətinin tənzimlənməsi üçün OPEC+ formatının genişləndirilməsini təklif edib.

 

Rusiyanın energetika naziri Aleksandr Novak koronavirus pandemiyasını dünya iqtisadiyyatı üçün bir sınaq adlandırıb. Onun sözlərinə görə, epidemiyanın fəsadları özünü iqtisadiyyatda göstərib. Bunun nəticəsində iqtisadiyyatın dayanıqlılığı bir daha sübut olunub. Aleksandr Novakın sözlərinə görə, pandemiya konfransları, tədbir və görüşləri məsafədən, online olaraq keçirməyi zəruri edib. Bunun nəticəsində pandemiyadan sonra da yanacaq az istifadə olunacaq və İT və rabitə sistemi daha da çox inkişaf edəcək. Neftə tələbatın azalması ilə bərabər ölkələrin neft ehtiyatı artır. Nazir qeyd edib ki, OPEC+un mayda verdiyi qərar ən düzgün qərar idi və bu da neft qimətlərində sabitliyi təmin edəcək.

 

BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli neft-qaz şirkətlərinin qarşısında duran çağırışlara toxunub və vəziyyətlə əlaqəli gələcək planlar haqda danışıb. Onun sözlərinə görə, qarşıda duran məsələlərdən biri Xəzər hövzəsində rəqabətin artırılmasıdır. Pandemiyanın neft-qaz sahəsinə vurduğu ziyanı vurğulayan Bəxtiar Aslanbəyli neftə gündəlik tələbatən normadan 40 dəfə daha çox aşağı düşdüyünü qeyd edib.

 

Tədbirdə qeyd olunub kienerji məsələləri bir çox münaqişələrin əsas səbəbidir. Bütün ölkələrin siyasəti energetika ilə sıx bağlıdır. Qeyd edək ki, konfransın keçirilmə ideyası hələ ötən il Prezident İlham Əliyevin Valday diskussiya klubunda iştrakından sonra yaranıb. Pandemiya səbəbindən tədbir onlayn formatda baş tutub.


Create Account



Log In Your Account