Mar 15 2019 18:11
Views: 180

VII Qlobal Bakı Forumu çərçivəsində “Orta Şərqdə sülh və təhlükəsizlik” paneli keçirilib.  Ərəb Liqasının sabiq baş katibi Əmir Musanın moderatorluğu ilə keçirilən müzakirələrdə Orta Şərqdə hökm sürən vəziyyət, İranın xarici siyasətinin bölgədəki vəziyyətə təsiri, İsrail-Fələstin münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Əmir Musa qeyd edib ki, Orta Şərdə sülh və təhlükəsizliyin bərpasının bərpasının yollarını axtarmaq lazımdır. Bunun üçün regionda qarşılıqlı etimad bərpa olunmalıdır. Ancaq bu yöndə suallar hələ də cavabını tapmayıb.

Kral Faysal İslam Tədqiqatları Mərkəzinin sədri Turki əl Faysal bin Əbduləziz Əl Səud bildirib ki, Orta Şərqdə münaqişələrin sonu hələ görünmür. Beynəlxalq ictimaiyyət bu bölgədə sülhün bərpa olunması üçün səyləri artırmalıdır. Panel zamanı xüsusilə İsrail-Fələstin məsələsi ətrafında qızğın müzakirələr olub.

VII Qlobal Bakı Forumu çərçivəsində növbəti panelk “Qərbi Balkan ölkələri – Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının Şurasına sədrliyi” mövzusunda keçirilib. Panelin moderatoru Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Zlatko Lagumdziya Qərbi Balkan yarımadası ölkələrinin Avropa İttifaqına inteqrasiyasının vacibliyini vurğulayıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, bu gün ölkəsinin xarici siyasətində 2 əsas prioritet məsələ yer alıb: “Bunlardan biri Avropa İttifaqına, digəri isə NATO-ya üzvlükdür.

 “Qərbi Balkan ölkələri: 2030” mövzusunda paneldə bu regionun hədəfləri barədə müzakirə aparılıb.  Müzakirələr zamanı Serbiyanın ərazi bütövlüyü və Kosovo məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Ümumilikdə forumun ikinci günündə regional və qlobal məsələrlə bağlı aktiv  müzakirələr aparılıb. Gürcüstanın sabiq dövlət başçısı Giorgi Marqvelaşvili bu cür forumun təşkilini yüksək qiymətləndirib.

7-ci qlobal bakı forumu işini davam etdirir. Toplantı sabah yekunlaşacaq.


Create Account



Log In Your Account