Jun 25 2019 19:08
Views: 581

“Genetik ehtiyatlardan düzgün istifadəni təmin edilməsi daha yaxşı qida yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir”. Bu fikir "Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatların rolu" mövzusunda seminarda səsləndirilib. Taxıl bitkilərinin araşdırması ilə məşğul olan italiyalı alim Luici Kattivelli bildirib ki, bitkilərin genetikasının öyrənilməsi sabahın bitkilərini becərmək imkanını yaradacaq. Və yeni nəsil bitkilər daha çox insana uyğun və əlçatan ola biləcək.

İqlim dəyişikliyi Azərbaycanda da bitki növlərinin ciddi şəkildə azalmasına səbəb ola bilər. Belə ki, ölkəmizdə becərilən bitki növlərinin 10 faizi yox olmaq təhlükəsi altındadır. Lakin Cənubi Qafqazda ilk olaraq məhz Azərbaycanda yaradılan bitkilərin milli genetik bankı bu bitkilərin gələcəkdə də becərilməsinə kömək edəcək. 

İtaliyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatların rolu" mövzusunda seminar İtaliyanın Elm gününə həsr edilsə də əsas diqqət bütün dünyada ərzaq təhlükəsizliyinə yönəlib. Seminarın sonunda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 


Create Account



Log In Your Account