Aug 23 2019 17:58
Views: 205

Bakının qədim tarixi abidəsi sayılan Qoşa Qala qapılarında təmir işləri davam edir. XII əsrə aid olan qapılar həm daxildən, həm də fasad tərəfindən konservasiya edilir. Sonuncu dəfə burada ötən əsrin 50-ci illərində bərpa işləri aparılıb. 2018-ci ilin mart ayından isə Qoşa Qala qapılarının restavrasiyası ilə Avstriyanın “Atelier Erich Pummer” şirkəti məşğul olur. 

“Atelier Erich Pummer” Bakıda oxşar layihələrdə fəal iştirak edir. Azərbaycanın bir sıra məşhur tarixi abidələrinin bərpası bu şirkətin adı ilə bağlıdır.

Şirkət paralel olaraq “Qoşa Qala” meydanında yerləşən 17-ci əsrin əvvəllərinə aid yeraltı hamam üzərində də konservasiya və yenidənqurma işləri aparır. Hər iki bərpa işlərinin bu ilin dekabrınadək yekunlaşması nəzərdə tutulur.


Create Account



Log In Your Account