Oct 09 2019 18:39
Views: 198

Lökbatan qəsəbəsində uzun müddət qamış evdə yaşayan ailə sonra Fin qəsəbəsinə yerləşdirilib. Doğma yurdundan qaçqın düşdüyü gündən keçən müddət ərzində ilk dəfə olaraq məhz bu gün Fəridə xanımın ailəsi öz şəxsi mənilində rahat nəfəs ala bilib. Qobu Park-2 yaşayış məntəqəsindəki dörd otaqlı evində ailənin ilk qonağı isə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva olub.
İki yataq otağı, iki hamam və sanitar qovşağı, uşaq otağı olan mənzil mebel və zəruri məşişət texnikası ilə təchiz olunub. Mətbəxdə soyuducuya qədər Otaqlarda kondinsionerə qədər zəruri avadanlıq ailəyə hədiyyə edilib.  Fəridə xanımın böyük oğlu Fuad deyir ki, prezixent və birinci Xanım onlarla sanki ailə üzvü kimi söhbət edib, qayğıları ilə maraqlanıb.
Fəridə xanımın qardaşı ötən il “Qobu Park 1” yaşayış kompelksində ev alıb. bu gün bacısının və yaxınlarının sevincini onlarla bölüşüb
Fəridə xanım inanır ki, ailəsinin nvöbəti şad günündə də sevincini prezident və birinci xanımla paylaşacaq. Çünki birinci xanım Meriban Əliyeva ailənin kiçik oğlu Nicatın toyunda şəxsən iştirak edəcəyinə söz verib. 
Qobu Park 2 yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev bildirib ki, qaçqın və məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Hər il Azərbaycanda ən azı 6 min köçkün ailəsi evlərlə təmin olunacaq.
Təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, istirahət parkı, uşaq əyləncə meydançası, 3 idman meydançası inşa olunub. 780 şagirdin təhsili üçün nəzərdə tutulan məktəb və  220 yerlik  uşaq bağçası zəruri avadanlıqla təchiz edilib. “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir.


Create Account



Log In Your Account