Oct 24 2019 14:36
Views: 325

Səma altında muzey olan Qobustan milli tarix bədii qoruğu yenidən elm aləminin müzakirə predmetidir. Qoruğun ərazisində indiyədək elmə məlum olmayan yeni qalıqlar aşkarlanıb.  “Çapmalı” yaşayış yeri yaxınlığında aşkarlanan yaşı  2-5 min il olan tapıntıların heyvan qalıqları olduğu ehtimal edilir.  İyul ayında aparılan 20 günlük arxeoloji qazıntılar zamanı ortaya çıxan sümüklər tunc dövrünə aid edilir. Ocaq ətrafında tapılan bu qalıqlar qədim insanların bu ərazidən dini rituallar icra etmək üçün istifadə etdikləri ehtimalını artırır. Palentoloqlar qalıqların  qoyun, quzu, yeni doğulmuş keçi, öküz, qulama aid olduğunu düşünürlər. Ümumilikdə 100-dən çox sümük aşkar edilib. Bu qalıqlar tunc dövrünün flora və faunanın öyrənməyə, eyni zamanda əcdadlarımızı daha yaxından tanımağa imkan verəcək.

Qobustan Milli Tarix-Bədii Qoruğu və Arkaim Arxeoloji Kompleksi yaranması eyni dövrə təsadüf edir və eyni  landşaftda yerləşirlər. İndi alimləri maraqlandıran əsas məsələ arkaimlilərlə qobustanlıların, onların ovladıqları heyvan qalıqlarının arasında müqaisəli analiz aparmaq, vəhşi heyvan qalıqlarının arasında fərqləri aşkarlamaqdır. Böyük məsafə olmasına baxmayaraq hər iki yaşayış məskənində elmi-paleozooloji tədqiqatların aparılması planlaşdırılır. Böyük İpək Yoluna düşən həmin yaşayış məskənlərindən tapılmış heyvanların morfoloji göstəricilərinin, həmin dövr sakinlərinin həyat tərzinin müqayisəli öyrənilməsi nəzərdə tutulur.  Bu məqsədlə beynəlxalq laboratoriyanın yaradılması da planlaşdırılır.

Tapılan qalıqlar amerikalı arxeoloq Valter Kristin  “Çapmalı” yaşayış yeri yaxınlığında aşkarlanan qədim Misirdəki “Tazılar və çaqqallar 58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edən rəsm haqqında məqaləsindən sonra arxeoloqların diqqətini cəlb edib.  Qobustanda aşkar olunmuş oyunun “Tazılar və çaqqallar 58 xana” oyunu adlandığı və e.ə. III minillikdə Misirdə yarandığı güman olunur. Bu oyunun qaydaları tam bəlli olmasa da, bəzi tədqiqatçılar onun nərd oyunun qədim variantı olduğunu hesab edirlər.


Create Account



Log In Your Account