Apr 24 2019 14:28
Views: 454

Uydurma “erməni soyqırımı” heç bir tarixi fakta söykənmir. Bunu tarixi sənədlər, arxiv materialları əsasında sübut etmək mümkündür. Bu haqda CBC-yə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun şöbə müdiri İlqar Niftəliyev deyib. Onun sözlərinə görə, ermənilər yalançı soyqırım iddiasını ortaya atasının siyasi məqsədləri var.

Tarixçi alim bildirir ki, Türkiyə tərəfi arxivləri açsa da, erməni alimləri və hakimiyyəti bu təklifi qəbul etməyib. Səbəb də bəllidir. Çünki onların məqsədi tarixi həüiqətləri üzə çıxarmaq yox, qoydarma iddiaları dünyanı inandırmaqdır.

Tarixçi ən bilirik ki , hələ 1915-ci ildən əvvəl Birinci dünya müharibəsindən əvvəl böyü dövlətlər Osmanlı ərazisində- şərqi anadoluda, ermənilər yaşayan ərazilərdə xüsusi bir idarə yaratmaq, ermənilər yaşayan ərazilərdə islahatların keçirilməsini istəyirdilər. Ermənilər indi də bu məsələni qaldırmaqla həmin planları reallaşdıra biləcəklərinə ümid edirlər. Qeyd edək ki, saxta soyqırımdan danışanlar 1915-ci ildə Osmanlı dövlətinin şərq hissəsində kompakt halda yaşayan 1 milyon erməninin qətlə yetirildiyini ddia edirlər. Lakin həm türk, həm də xarici ölkələrdəki tarixçiləri bu iddiaların tamamilə əssassız olduğunu dəfələlrə sübut ediblər. Əslində birinci Dünya müharibəsi illərindəki qarışıq və gərgin siyasu situasiyadan isifadə edən erməni quldur dəstələri 600 minə yaxın türkü qətlə yetiriblər. və həmin dövrdə Osmanlı ərazisində yaşayan ermənilərin sayını şişirtməklə əslində onlar öz tarixi cinayətlərini ört-basdır etmək istəirlər.


Create Account



Log In Your Account