May 30 2020 17:45
Views: 481

Öz müqəddəratını təyinetmə prinsipi heç bir halda ölkələrin ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilməz. Azərbaycan Respublikası Dağlıq bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin dırnaqarası başçısı Araik Arutunyanın açıqlamasını şərh edərkən belə deyib. Qeyd edək ki, Araik Aratunyan bildirib ki, əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər. Tural Gəncəliyev qondarma başçının bu açıqlama ilə özünü gülünc vəziyyətə qoyduğunu bildirib.


Create Account



Log In Your Account