May 31 2019 17:12
Views: 213

Saatlarla sürən gərgin məşqlərin bəhrəsi olan rahat hərəkətlər, ən xırda detalları nəzərə alınaraq hazırlanmış kostyumlar, xalq rəqslərinin kaloriti, yüksək keyfiyyətli akademik xareoqrafiya  - bütün bunlar İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblına aiddir. 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - Konfransı günlərinə təsadüf edən konsertlər Heydər Əliyev Mərkəzində keçirilir. Dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektiv sonuncu dəfə Bakıda 1998-ci ildə  milli lider Heydər Əliyevin dəvətiylə olub. Ansambl öz tarxi ərzində Azərbaycanda 4 dəfə çıxış edib.

Konsert proqramında dünya xalqlarının rəqsləri, o cümlədən Azərbaycanın “Çobanı” rəqsi də var. Kollektivin çıxışı ənənəvi xalq rəqsləri ilə mürəkkəb xareoqrafiyanın sintezini əks etdirir. Proqrama  “Yay” rus rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və digər nömrələr daxildir. İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində mayın 31-də və iyunun 1-də də çıxış edəcək. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edir.


Create Account



Log In Your Account