Jun 01 2019 19:08
Views: 463

Heydər Əliyev Mərkəzində Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti davam edir. “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin konserti  Heydər Əliyev Mərkəzində keçirilir.

İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Dünya xalqlarının folklorunu bədii interpetasiyada təqdim edir. Kollektiv 80 ildir ki, öz ənənəsinə sadiqdir. Ansamblın çıxışları bütün dünyada sevgi və coşğu ilə qarşılanır. 20 ildən sonra kollektiv yenidən Bakıdadır. Bu dəfə ansambl Heydər Əliyev mərkəzində çıxış edir.

Konsert proqramında "Yay" rus rəqsləri, "Sirtaki" yunan rəqs süitası, argentinalı çobanların "Qauço" rəqsi, əfsanəvi “Alma” rəqsi və Azərbaycanın “Çoban" rəqsləri yer alıb. Kollektiv argentinalı xoreoqrafın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

“İqor Moiseyev baleti”nin Bakı turu bu axşam başa çatır. Lakin kollektiv Azərbaycan tamaşaçısı ilə yeni görüşlərə ümidlidir.


Create Account



Log In Your Account