Oct 25 2019 15:16
Views: 579

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Görüşünda 60 ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər. Prezident İlham Əliyev sammitə qatılan rəsmiləri qarşılayıb.

Zirvə görüşü Qoşulamam Hərəkatının təsis edilməsində rolu olan mərhum dövlət başçılarının xatirəsinin bir dəqiqəli sükutla yad edilməsi ilə başlayıb.

Sammiti açan Venesuela prezidenti Nikolas Maduro 18-ci zirvə görüşünə ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Bildirib ki, Qoşulmama Hərəkatı dünyada çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır. Sammit iştriakçılarının qərarı ilə Azərbaycan prezidenti 18-ci zirvə görüşünün sədri seçilib, rəsmi olaraq Hərəkata sədrlik Azərbaycana keçib.

Toplantıda çıxış edən prezident İlham Əliyev sədrliyin 3 il müddətinə həvalə edilməsini ölkəmizə göstərilən böyük etimadın göstəricisi kimi qiymətləndirib. Sədrliyi dövründə Azərbaycanın əsas prioritetini açıqlayıb.

Dövlət başçısı kiçik ölkələrin iqtisadi inkişafına diqqət yetirilməsinin önəmini qeyd edərək Azərbaycanın dünyada humanitar tədbirlərə töhfə verdiyini diqqətə çatdırıb. Prezident xatırladıb ki, Azərbaycanın ali təhsil müəssələrində təhsil alan qoşulmama hərəkatına üzv ölkələrdən olan gənclərə təqaüd verir. Gənclər siyasəti ölkəmizin prioritetləri sırasındadır. Azərbaycanın gənc müstəqil ölkə olduğunu qeyd edən dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti barədə sammit iştirakçılarına məlumat verib. Ermənistan silahlı qüvvələrinin işğal etdkləri Azərbaycan torpaqlarından çıxması barədə BMT qətnamələrinin icra edilməməsinin yolverilməz olduğunu deyib.

Dövlət başçısı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ölkəmizin mədəni abidələrini məhv etdiyini, qanunsuz məskunlaşma siyasəti apardığını diqqətə çatdırıb. Bildirib ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Ölkəmizin dünya siyasətində özünəməxsus yer tutduğunu diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü vurğulayıb.  Dövlət başçısı ölkəmizin əldə etdiyi uğurlar barədə də məlumat verib.

Qeyd edək ki, Bakı sammiti “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr olunub.Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir. Qəbul edilməsi gözlənilən sənədlərə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.


Create Account



Log In Your Account