Oct 30 2019 19:46
Views: 234

Ermənistan tərəfi növbəti dəfə əsassız iddialarla çıxış edib. bu dəfə iddialar yalnız Azərbacyana qarşı deiyl, həm də Qoşulmama Hərəkatının üzvü olan 100-dən çox dövlətədir. Bakıda keçirilən zirvə görüşündə Qəbul eidlən yekun sənədlərə etirazını bildirən Ermənistan hökuməti növbəti dəfə beynəlxalq hüquq və normalarına məsuliyyətsiz yanaşdığını sübut edib.  
Bakıda keçirilən zirvə görüşündə 120 ölkə Ermənistanı işğalçı dövlət kimi tanıdı və Azərbaycanın ərazilərinin güc yolu ilə zəbtnin qəbuledilməz olduğunu vurğuladı. Bu mövqeinin Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısının yekun sənədində və Bakı siyasi bəyannaməsində əks olunması Ermənistanda böyük təşvişə səbəb olub. Ermənistan Xarici İşlər  Nazirliyi bununla bağlı bəyanatla çıxış edib. Ekspertlər hesab edirlər ki, bu bəyanat uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir.
Ekspertlər hesab edirlər ki, bu gün ermənistan XİN  və baş nazir Nikol Paşinyan diplomatik uğuruzluqlara görə kəskin tənqid olunur.  
Artıq ermənisandakı müxalif qüvvələr də yerli hökuməti tənqi edirlər. Müxalifətçilər hesab edirlər ki, Qoşulmama Hhərəkatının Azərbaycanı dəstəkləməsi ermənistan hpkumətinin fərasətsiz və səriştəsiz siyasətiniin nəticəsidir. xarici ekspertlər də hesab edirlər ki, Qoşulmama Hrəkatında sədrliyin Azərbaycana keçməsi Ermənistanı ciddi narahat edir.
Siyasi analitiklər hesab edirlər ki, Azərbaycan münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq platformalardan bacarıqla istifadə edir. Qoşulmama hərəkatı da bu istiqamətində aparılan işlərdən biridir
Ekspertlər qeyd edirlər ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Bu ölkə Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşır. Azərbaycan isə beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qlobal və regional səylərə daima fəal dəstək verir, dövlətlərlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir.

 


Create Account



Log In Your Account