Oct 24 2019 18:59
Views: 271

Şəbəkənin yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrindən olan gəncləri sülh və tərəfdaşlıq, təhlükəsizliyin təminatı naminə dialoqa cəlb etmək, onlar arasında mübadiləni gücləndirməkdən ibarətdir. Bu məqsədlə Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatı çərçivəsində gənclər sammitinin keçirilməsi təşəbbüsünü reallaşdırıb.
Qoşulmama Hərəkatının gənclər sammitində 40 üzv ölkədən nümayəndələr iştirak edib. tədbir çərçivəsində onlara Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci zirvə toplantısına tövsiyələr hazırlamaq təklif edilib.   
Son illər Bakı gənclərin beynəlxalq konfrans və tolantılarına ev sahibliyi edib. On gün bundan öncə Türk Şurası gənclər platformasının birinci Baş Assambleyası da Azərbaycan paytaxtında keçirilib. Sammitin açılışında çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov qeyd etdi ki, bu faktlar ölkədə gənclər siyasətinin uğurla aparıldığının göstərir. Tədbrdə iştirak edən xarici ölkə nümayəndələri də sammitin əhəmiyyətini yüksək qiymətləndirirlər.
Təhsil Nazirinin müavini Firudin Qurban Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib.  Venesueladan olan təmsilçi Joakin Perez də Qoşulmama Hərəkatı çərçivəsində belə bir təşəbbüsü yüksək qiymətləndirib. Sonra davamlı inkişaf, insan haqlarının qorunması, sülh  və təhlükəsizlik mövzusunda panel diskussiyalar aparılıb. Müzakirələr nəticəsində gənclərin idarəetmədə iştirakının gücləndirilməsi, sosial problemrlənini həlli, təhsil və məşğulluqla bağlı məsələlər haqqında təkliflər siyahısı hazırlanıb.

 


Create Account



Log In Your Account