Oct 26 2019 17:58
Views: 241

"Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycana tam dəstəyimizi göstərəcəyik". Bu sözləri Cənubi Afrika Respublikasının Xarici işlər və Əməkdaşlıq naziri Naledi Pandor Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Toplantısında çıxışı zamanı deyib. Naziri bildirib ki, bu beynəlxalq təşkilatın prinsipləri yalnız mədəni əməkdaşlığı əks etdirmir, həm də istiqamətləndirici rol oynayır və hərəkatın uğur qazanması üçün vacibdir. Onun sözlərinə görə Qoşuımama Hərəkatı yoxsulluq və bərabərsizlikdən əziyyət çəkənlərin adından çıxış etməli, bu istiqamətdə hərəkətə keçməli və vahid mövqe nümayiş etdirməlidir.

Nazir qeyd edib ki, Hərəkat silahsızlaşdırma və silahlı münaqişələrin həllində fəal iştirak etməlidir. Myanmarın Beynəlxalq Əməkdaşlıq naziri U Kyav Tin isə deyib ki, bu gün dünya bir sıra çətinliklə üzləşir. Terrorizm, iqlim dəyişikliyi, inhisarçılıq, yoxsulluq və aclıq ölkələri təhdid edir.  İordaniyanın Xarici İşlər naziri Ayman Safadi isə Suriya probleminə diqqət çəkib.

Boliviyanın Xarici İşlər naziri Dieqo Peri Rodrigez isə bildirb ki, Bu gün Bandunq prinsiplərinin təhlükə altında olduğu görünür. Qeyd edib ki, sənayeləşmiş və inkişafda olan ölkələr arasında bərabərsizlik artır. Yoxsulluq və aclıq beynəlxalq ictimaiyyətin əsas gündəliyində yer tutmağa başlayıb.

XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Azərbaycan 2011-ci ildə üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub.    


Create Account



Log In Your Account