Oct 26 2019 16:41
Views: 268

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü davam edir. Forum çərçivəsində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri debatlarda çıxış edirlər. Debat müzakirələrində Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi deyib ki, ötən ay ölkəsi inkişaf etməkdə olan, zəif inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə üçün 100 milyon dollar ayırıb. Nazir bildirb ki, Terrorçuluğu yaradan səbəblər aradan qaldırılmalıdır. Regionlarda baş verən hadisələri bu və ya digər şəkildə dinlə əlaqələndirmək olmaz. Saad Al Muraikhi  beynəlxalq hüquq normalarına riayət edilməməsi sülhə böyük zərbə olduğunu qeyd edib.

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko isə qeyd edib ki, Bu gün dünya özünün növbəti çətin və mürəkkəb dövrünü yaşayır. Dünya yenidən qüvvələrə bölünür, beynəlxalq siyasət xaosa sürüklənir və qeyri-müəyyənlik içərisindədir. Böyük güclər arasında əməkdaşlıq zəifləyib. Onun sözlərinə görə etimadın olmaması bu istiqamətdə əməkdaşlığa mane olur.

Parlament sədri Belarusun 2021-ci ildə yeni dünya düzəni adlı konfransın keçirilməsini, Hərəkatın uzunmüddətli strateji sənədinin hazırlanmasını təklif etdiyini diqqətə çatdırıb. Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib Kİ, Fələstin problemi ağır olaraq qalır, beynəlxalq hüququn norma və prinsipləri bu problemin həllində nəzərə alınmır.O qeyd edib ki, Fələstinin mövcudluğu təhlükə altına düşüb. Beynəlxalq hüququn tələbləri yerinə yetirilmir və bu, gələcəkdə daha böyük təhlükə yarada, milyonlarla müsəlman, yəhudi və xristian arasında uçuruma səbəb ola bilər

Riyad əl-Maliki qeyd edib ki, Fələstin Qoşulmama Hərəkatının üzvü kimi üzərinə düşən vəzifəni yerinə yetirəcək, Hərəkatın prinsiplərindən çıxış edəcək. Forum çərçivəsində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrinin debatları davam edir.

   


Create Account



Log In Your Account