Oct 25 2019 18:55
Views: 285

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü işini ümumi debatlarla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev debatlarda iştirak edir. Toplantıda çıxış edən pakistan prezidenti Arif Alvi müasir dünyada beynəlxalq təhdidlərin gücləndiyi bir vaxtda Qoşulmama Hərəkatının çoxtərəfli əməkdaşlıq üçün yaxşı platforma olduğunu qeyd edərək Azərbaycanın sədrliyi dövründə təşkilatdan gözləntilərin böyük olduğunu deyib. Debatda İran prezidenti Həsən Ruhani, Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov və digər liderlər çıxış ediblər.


Create Account



Log In Your Account