Jan 11 2019 18:10
Views: 784

Azərbaycan bu ildən 2022-ci ilədək Qoşulmama Hərəkatına sədrlik edəcək.  Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi hərəkatın beynəlxalq müstəvidə efektivliyinin daha da artırılmasına xidmət edəcək. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Bildirib ki, Azərbaycanın 4 il ərzində hərəkata sədrliyi dövründə 3 prioritet müəyyən olunub.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə - bu ilin payızında dünyanın 120 ölkəsinin nümayəndələri Bakıda bir araya gələcəklər. Qoşulmama Hərəkatının Zirvə toplantısında 120 ölkədən 70-i xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqlar. Ölkəmizin Qoşulmama Hərəkatının Zirvə toplantısına ev sahibliyi etməsi Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradacaq.

Politoloq Aydın Mirzəzadə bildirib ki, Azərbaycana böyük etimadın göstərilməsi ölkəmizin qazandığı siyasi nüfüzun dünya tərəfindən qəbul edilməsi deməkdir.

Politoloq bildirib ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti çərçivəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı bir daha qabardılacaq.  Diqqətə çatdırılacaq ki, Azərbyacanın rastlaşdığı problem təkcə ölkəmiz üçün deyil,  dünya üçün böyük təhdid yaradır. 

Qoşulmama Hərəkatı BMT-dən sonra öz üzvlərinin sayına görə dünyada ikinci iri beynəlxalq təşkilatdır. İdarəçiliyi rotasiya əsasında dəyişən təşkilatda 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat var. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olub.


Create Account



Log In Your Account