Feb 01 2019 18:27
Views: 301

Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi və Səhiyyə Nazirliyi qrip virusunun yayılması ilə bağlı açıqlama veriblər. Təşkilatın Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı  bildirib ki,  hazırda dünyada, o cümlədən Azərbaycanda da hər il olduğu kimi, mövsümi qriplər yayılıb.  Onun sözlərinə görə, 2009-cu ildən yaranan AH1N1 virusu ilk vaxtlarda donuzlar arasında yayıldığı üçün donuz qripi adlandırılıb.

Amma artıq virusun “donuz qripi” adlandırılması doğru deyil və digər mövsümi qrip viruslarından heç bir fərqi yoxdur. Bununla yanaşı, Hande Harmancı qripin bir xəstəlik kimi ciddi qəbul edilməsinin vacibliyini qeyd edib, hər il Avropada 70 min insanın qripdən öldüyünü bildirib. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də insanları şaiyələrə inanmamağa çağırıb. Qripdən qorunmaq üçün diqqətli olmaq tövsiyə olunub.


Create Account



Log In Your Account