Sep 21 2019 15:25
Views: 209

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqiliyinin əsasının qoyulduğu bir tarixdir. Çünki sazişin imzalandığı ərəfədə ölkə siyasi müstəqilliyini əldə etsə də, çətin durumda idi, ölkədə müharibə gedirdi, siyasi problemlər var idi, iqtisadi cəhətdən ciddi tənəzzül müşahidə olunurdu. 1991-ci ildən 1994-cü ilədək hər il ÜDM 17 faiz azalırdı, 1700 faizlik hiperinflyasiya vardı. Belə bir şəraitdə çıxış yolunun tapılması, iqtisadiyyatın bərpası üçün yeni mənbələrin axtarılması böyük bir düha tələb edirdi.

Millət vəkili Tahir Mirkişili qeyd edir ki, “Əsrin müqaviləsi” bütövlükdə Xəzərin ehtiyatları və Azərbaycanın özünün dünyaya inteqrasiya olunmasına imkan verdi. Ölkəyə gələn texnologiya sayəsində Azərbaycan iqtisadiyyatı güclənə bildi. Azərbaycan bu imkandan istifadə edərək müstəqil və özünəməxsus infrastruktur yaratdı. Bakı Tbilisi Ceyhan boru kəmərinin inşası ilə ölkəmiz birbaşa bazarlara, dünya okeanına çıxışını təmin etdi və iqtisadi blokadadan azad olmağı bacardı.  

“Əsrin müqaviləsi” Aazərbaycan iqtisadiyyatının inkişafında sıçrayış oldu. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza 25 illiyi qeyd edilən sənəd haqqında belə deyir. Bildirir ki, həmin dövrdə Amerika Birləşmiş Ştatları da bu layihəyə dəstək verib, bir çox şirkət və hökumətlərlə Azərbaycan arasında vasitəçilik edib. Nəticədə  Azərbaycan, Gürcüstan Türkiyə, Avropa İttifaqı və ABŞ arasında çox mühüm siyasi kanal ortaya çıxıb.

Ən mühüm məsələ Az-nın “Əsrin müqaviləsi”ndən əldə etdiyi gəliri insanların rifah halının artırılmasına, sosial qayğının gücləndirilməsinə sərf etməsi ilə bağlıdır. Saziş nəticəsində müasir, dayanıqlı insan kapitalına əsaslanan  iqtisadiyyat quruldu. Bir sözə, bu müqavilə Azərbaycanın sonrakı iqtisadi inkişafını müəyyən edən, iqtisadi potensialını rəqəmlərə çevirən, Azərbaycan xalqının rifah halını yaxşılaşmasında çox mühüm rol oynayan başlanğıc oldu.

 


Create Account



Log In Your Account