Dec 15 2018 15:34
Views: 390

Yola salmaqda olduğumuz 2018-ci il Azərbaycanda iqtisadi sabitlik ili kimi yadda qalacaq. Ekspertlər bildirir ki, bu il də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görülüb, qeyri-neft sektoru sürətlə inkişaf edib. Ölkədə iqtisadi inkişaf davamlı xarakter daşıyır.
Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, bütün göstəricilər 2018-ci ildə də Azərbaycan iqtisadiyyatının sabit, dayanıqlı olduğunu, eyni zamanda, müsbət istiqamətə dəyişdiyini sübut edir. Ölkə iqtisadiyyatın inkişafında dövlətin həyata keçirdiyi tədbirlərin, reallaşdırılan layihələrin böyük rolu var.
Prezident İlham Əliyev də  2018-ci ili Azərbaycan üçün uğurlu adlandırıb. Bütün sahələrdə, o cümlədən, iqtisadiyyat sahəsində ölkəmizin bir çox nailiyyətlər əldə etdiyini deyən dövlət başçısı qarşıya qoyulan hədəflərə nail olunduğunu bildirib.
Bütün bu uğurları nəzərə alaraq mütəxəssislər bildirir ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatı daha dinamik olacaq. Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində gələn il də bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır.

 


Create Account



Log In Your Account