Feb 25 2019 18:06
Views: 381

Bu ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edib. Bu, son 2-3 il ərzində ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə davam etdiriləcək. Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu barədə məlumat verib. Bildirib ki, son illər ərzində aparılan uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir. Bu ilin ilk ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artıb.Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Dövlət başçısı islahatların bu il də davam etdiriləcəyini bildirib. Vergi, gömrük sahəsində aparılan islahatların öz nəticəsini verdiyini deyən dövlət başçısı qeyd edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcək. Artıq minimum əmək haqqı, minimum pensiyaların artımı ilə bağlı qərarlar qəbul edildiyini diqqətə çatdıran prezident bunun son hədd olmadığını açıqlayıb.

Dövlət başçısı problemli kreditlərlə bağlı məsələnin də vətəndaşları narahat etdiyini, bu istiqamətdə hökumətə müvafiq göstərişlər verildiyini deyib. bildirib ki, ötən ildən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır.

Dövlət başçısı hökumətdə çox ciddi sosial paket üzərində iş aparıldığını deyib. Bildirib ki, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir.

Dövlət başçısı qeyd edib ki, icra olunan ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Sonra müşavirədə müzakirələr aparılıb.   


Create Account



Log In Your Account