Oct 28 2019 16:15
Views: 1486

Son 10 ay ərzində xüsusilə sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata keçmək meylləri müşahidə edirik. Bunu dövlət televiziyasına müsahibəsində yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Bildirib ki, kölgə iqtisadiyyatından çıxmaq tendensiyası yeni əmək müqavilələrinin, iş yerlərinin artımında, vergi daxilolmalarında özünü göstərir. Nazir deyib ki, bu, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi dövlətin imkanlarını artırır:

Nazir deyib ki, həyata keçirilən işlərdə əsas prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması,  Azərbaycan iqtisadiyyatının dövlət qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resurslarla təmin etmək, yeni iş yerlərinin yaradılması, iqtisadi fəallığı artırmaqdır. Mikayıl Cabbarov inhisarçılıqla mübarizə ilə bağlı prioritetləri də açıqlayıb. Bildirib ki, hələ də inhisarçılığa rast gəlinir. Azad rəqabət bazar iqtisadiyyatın əsas şərtlərindən biridir.

Vergi sahəsində tədbirlərdən danışan Mikayıl Cabbarov qeyd edib ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalı, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu öz növbəsində iqtisadi inkişafın, iqtisadi fəaliyyətin, vergitutma bazasının genişlənməsinə gətirib çıxarır.   


Create Account



Log In Your Account