Oct 28 2019 18:59
Views: 238

“Son 10 ay ərzində sürətlə qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata keçmək meyllərini müşahidə edirik”. Bunu yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Qarşıda duran vəzifə və hədəflərdən söz açan nazir iqtisadi inkişafın sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi məsələlərə toxunub. İqtisadçi-ekspertlər də hesab edirlər ki, iqtisadiyyat sahəsində islahatlatların davam etdirilməsi zəruridir. Ölkə prezidenti bununla bağlı konkret istiqamətlər müəyyənləşdirib.

Ekspertlərin fikrincə, kölgə iqtisadiyyatına qarşı mübarizə, xüsusən də, vergi daxilolmalarının artırılması istiqamətində fəaliyyət gücləndirilməlidir.

Yeni nazir ölkədə iqtisadi fəallığın artması üçün dövlət qurumlarının tariflərinə yenidən baxılmasının lazım olduğunu bildirib. İqtisadçı-ekspert Vüqar Bayramov bu fikri dəstəkləyir. Xüsusən də, hava nəqliyyatındakı mövcud tarifləri turizmin inkişafına mane olan səbəblərdən biri sayır.

Ekspertlər hesab edirlər ki, yeni kadr və struktur islahatları, eləcə də, tarif siyasətinə yenidən baxılması Azərbaycanda daha yaxşı biznes mühitinin formalaşmasına və milli sahibkarlığın dəstəklənməsinə imkan yaradacaq. Sadalanan bütün tezislər ölkənin ümumdaxili məhsulun artımına təsir göstərəcək.


Create Account



Log In Your Account