Mar 06 2019 18:04
Views: 141

“Dünya Bankının hesablamalarına görə, Azərbaycanın 2000-ci ildən bəri 12 %-dən yuxarı artım nümayiş etdirməsi ölkəmizin çox ciddi inkişaf mərhələsini yaşadığından xəbər verir”. Bunu Bakıda keçirilən “İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının saxələndirilməsi, onun neftdən asılılığının azaldılması ilə bağlı işlər nəticə verməkdədir. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirildiyini deyən Əli Əhmədov qeyd edib ki, Dünya Bankının təklifləri əsasında ölkə iqtisadiyyatının diversifikasiyası, xüsusilə də iqtisadiyyatın inkişafında özəl sektorun inkişafını daha qabarıq göstərən tezislər ortaya çıxacaq.

Bildirib ki, 90-cı illərdən Dünya Bankı ilə birgə İqtisadiyyat Nazirliyi dəyəri 4 milyard dollardan çox olan 50 layihə icra edib. Müstəqil Azərbaycan iqtisadiyyatının bütün inkişaf mərhələlərində Dünya Bankının töhfəsi olub. Xüsusilə 2015-ci ildə neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatının qarşısında dayanan çağırışların həllində Dünya Bankı texniki dəstəyi önəmli rol oynayıb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon çıxışında Azərbaycanın son illər çox sürətli inkişaf etdiyni bildirib.

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın Dünya Bankı ilə 25 illik əməkdaşlıq etdiyini bildirib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sahibkarlığın inkişafı iqtisadiyyatın diversitifikasiyası üçün  ölkə başçısının imzaladığı fərman, sərəncamlar əsasında bütövlükdə böyük inkişafın həyata keçirildiyini bildirib.

Forum çərçivəsində panel iştirakçılarının sualları cavablandırılıb. Müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

 


Create Account



Log In Your Account