Dec 29 2018 17:10
Views: 489

Quba Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etməkdir. Bundan başqa DAİM-lərin yaradılması fermerlərlə işi gücləndirməyə, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmağa imkan verəcək. Mərkəzdə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradıldığını bildirib.


Create Account



Log In Your Account