Oct 12 2019 18:19
Views: 257

Qubada ənənəvi “Alma bayramı” keçirilib. Artıq 6-cı dəfədir “Alma bayramı”na ev sahibliyi edən Qubaya bağbanlar növbənöv almalarla gəliblər. Bundan əlavə ziyatətçilər almadan hazırlanan şirniyyatlar, içkilər  və meyvə qurusunu dadmaq şansını əldə ediblər. 
2012-ci ildən etibarən keçirilən “Alma bayramı”nı yüzlərlə turist ziyarət edib. Növbəti illərdə «Alma bayramı”na cəlb oluna biləcək turistlərin sayının artacağı gözlənilir.
“Alma bayramı”nda şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qruplarının, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş də keçirilib. “Ən böyük alma” və “Ən yaxşı alma” nominasiyası üzrə qaliblər  müəyyən olunub.
Festivalda milli adət-ənənələri əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər də təqdim olunub. “Alma bayramı”nı 10 minə yaxın insanın ziyarət edəcəyi gözlənilir.

 


Create Account



Log In Your Account