Mar 04 2019 18:02
Views: 431

Səmənidən hazırlanan ləziz özbək yeməyi, qədim türklərin yaşadıqları qazax çadırı, milli Azərbaycan şirniyyatları… Bütün bunlar Qubada “ASAN Həyat” kompleksində təşkil olunan Bahar festivalında nümayiş olunur.  Festivalı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” təşkil edib. Mərkəzin direktoru Tağı Tağızadə  bildirib ki, festivala Novruz bayramını qeyd edən ölkələrin Azərbaycandakı səfirliklərinin də dəvət olunması təsadüfi deyil.

Festivalda maraq doğuran stendlərdən biri Özbəkistana məxsusdur. Burada milli özbək geyimləri və mətbəx nümunələrİ təqdim olunur. Özbək və Azərbaycan xalqlarının ortaq kökləri Novruz ənənələrində də özünü göstərir.

Festivalda türk xalqlarının qədim həyat tərzini əks etdirən eksponatlar nümayiş olunub. Onların yaylaq və qışlaqlarda məskən salaraq yaşadığı çadır milli ornamentlərlə bəzədilərək təqdim olunub. “Qədim yurd” adlı çadır bir neçə gün bundan öncə Qazaxıstandan Azərbaycana gətirilib.

Festivalda yarmarkalar da təşkil olunub. Yarmarkalarda ölkənin müxtəlif bölgələrindən şirniyyatlar, əl işləri satışa çıxarılıb. Bahar festivalı martın 5-dək davam edəcək. Martın 12-16-da Şəkidə, 16-19-da isə Masallı ASAN həyat komplekslərində bahar festivalları təşkil olunacaq.


Create Account



Log In Your Account