Aug 31 2018 13:55
Views: 567

Ermənistan ordusu 802 kvadrat kilometr ərazisi, 39 min əhalisi olan Qubadlının 31 avqust 1993-cü ildə işğal edib. Bu işğal nəticəsində 94 kənd qarət edilib, 7 min yaşayış evi dağıdılıb. Ermənistan silahlı qüvvələri  Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan edib. Yerli əhali öz torpağını qorumaq üçün yüzlərlə şəhid verib. Rayonun müdafiəsi uğtrunda döyüşlərdə 283 yerli sakin  şəhid olub, onlardan 7-si Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Könüllülər arasında Qubadlının Qayalı kənd sakini Həsənqulu Qasımov da var idi. Döyüşlərdə göstərdiyi şücaətə və cəsarətinə görə onu “Qorxmaz” deyə çağırırdılar. Həsənqulu Laçın uğrinda döyüşlərdə 100-dən çox döyüş yoldaşını mühasirədən qurtarıb. Sonra onun başçılıq etdiyi taqım doğulduğu rayona – Qubadlıya göndərilib. Həsənqulu Qasımov 1992-ci il dekabrın 10-da düşmən mərmisinin qəlpəsindən aldığı yaradan şəhid olub. rayonun işğalından sonra bütün Qubadlı sakinləri kimi, onun ailəsi də öz doğma yurdunu tərk edib.  Şəhidin qardaşı Gəray Qasımov işğal olunan torpaqların tezliklə azad ediləcəyinə və doğma torpaqlara qayıdacaqlarına ürəkdən inanır.
Gəray Qasımov deyir ki, Ermənistanınm Azərbaycan ərazilərinin işğal etdiyi 90-cı illər tariximizin ən çətin dövrlərindən olub. Bu təcavüz zamanı yaxınlarının itirməyən azərbaycanlı yoxdur.  Demək olar ki hər bir ailədə, kimsə atasını, anasını, ovladını, qardaşını, bacısını, yaxud yaxın qohumunu və ya dostunu itirib. Gəray Qasımov bu amansız işğal zamanı təkcə qardaşını deyil, həm də yaxın dosunu iytirdiyini bildirir.
İşğaldan sonra Qubadlı sakinlərinin böyük əksəriyyəti Sumqayıt şəhərində müvəqqəti məskunlaşıb. Qubadlının işğalı zamanı Fuad Abışovun 11 yaşı olub. O ağır, faciəli günləri xatırlamaq indi də onun üçün çox çətindir.
Ermənistanın işğalı altında olan Qubadlı raonu təbii sərvətləri, unkal təbiəti ilə seçilir. 25 il keçsə də Qubadlı sakinləri bu əsrarəngiz gözəlliyə, zəngin tarixə malik torpaqlara qayıdacaqları günü səbirsizlikə və ümidlə gözləyir.


Create Account



Log In Your Account