Sep 09 2019 18:00
Views: 846

Xınalığın turizm imkanlarını tanıtmaq,  turist axınını təmin etməklə kənd əhalisinin rifah halının yaxşılaşmasına stimul vermək... Bu amalla avqustun 16-dan başlayan “Dağların başı” layihəsi yekunlaşmaq üzrədir. Özünəməxsus adət və ənənələri ilə fərqlənən kənddə bir aylıq müddətdə gerçəkləşdirilən layihənin sonuncu mərhələsində musiqi festivalı təşkil olunub.  Layihənin ilk günlərindən buraya axışan müxtəlif incəsənət xadimlərinin də məqsədi yerli əhalini gündən-günə artan turist axınına hazırlamaqdır.  
Festivalda iştirak edən musiqiçilər Azərbaycan, Macarıstan və Gürcüstan təmsilçiləri olub.  Yerli əhali  üçün müxtəlif təlimlər və master klasslar təşkil edilib. Siyahıya ingilis dili dərsləri, rəqslər, tikmə  və digər dərslər daxildir.
Layihənin yekun mərhələsi olan musiqi festivalı sentyabrın 6-dan 8-dək keçirilib. Proqrama çıxışlardan başqa yerli əhalinin  hazırladığı müxtəlif əl işlərinin və sənətkarlıq nümunələrinin sərgisi də daxil olub.  Təşkilatçılar hətta öz əlləri ilə suvenir düzətlmək istəyənlər üçün də şərait yaradıblar. Nəticələr qənaətbəxş hesab edən təşkilatçılar belə layihələrin davamlı olacağını deyirlər. Dənizdən 2 min metr yüksəklikdə yerləşən Qubanın Xınalıq kəndi Azərbaycanın unikal məkanlarından sayılır.


Create Account



Log In Your Account