Aug 09 2019 18:15
Views: 184

Qurban bayramı günlərində kütləvi heyvan kəsiminə nəzarəti həyata keçirmək məqsədilə bütün ölkə üzrə 44 daimi kəsim məntəqəsi fəaliyyət göstərəcək. Əhalinin təlabatını ödəmək üçün stasionar tipli məntəqələrlə yanaşı 30 çadır tipli müvəqqəti heyvan kəsimi məntəqələsi də yaradılacaq. Burda heyvan kəsimi, heyvanın soyulması və hazırlanması, son olaraq isə vətəndaşların istəyi ilə qurbanlıq heyvanın çeşidlənməsi və qablaşdırılması həyata keçiriləcək. Bütün kəsim məntəqələrdə baytarlıq, sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək və əhaliyə pulsuz xidmət edəcək. Məqsəd rayondan Bakıya kəsim üçün heyvan gətirən sahibkarlara heyvanın satışı və kəsimi üçün bütün rahat şəraitin yaradılmasıdır.

Daimi kəsim düşərgəsinin 12-si Bakı şəhərində, mobil kəsim məntəqələrinin 19-u paytaxtda, 5-i Abşeronda, 7-si regionlarda fəaliyyət göstərəcək. Kənd Təsərrüfatı Nazirliyi mobil tipli kəsim məntəqələrinin  yanında “Kənddən şəhərə” bayram yarmarkası da təşkil edəcək. 25 mindən artıq xırdabuynuzlu 200-dən artıq iribuynuzlu heyvanın satışa çıxarılması nəzərdə tutulub.

Bayram günü bazarlarda uzun növbələr yaranmasını nəzərə alaraq bu il vətəndaşlara satış məntəqələrində online şəkildə növbə götürmək və alacaqları qurbanlıq qoyunları öncədən sifariş etmək imkanı yaradılıb. Bunun üçün kənddən şəhərə” yarmarkasının internet saytında qeydiyyatdan keçmək lazımdır. Qida Təhlükəsizliyi Agentliyinin hesablamalara görə, ümumilikdə qurban bayramında respublikanın müxtəlif rayonlarından 9 mindən çox xırda buynuzlu heyvan, 300-ə yaxın iri buynuzlu heyvan Bakı şəhərinə gətiriləcək.

 


Create Account



Log In Your Account