Sep 13 2017 18:32
Views: 290

“Azərbaycanda “Qarabağ”a milliyə olan kimi münasibət var”. Komandanın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə qarşılaşmadan sonra əcnəbi jurnalistin "Azarkeşlər niyə klubun yox, məhz Azərbaycanın bayrağı ilə gəliblər" sualına cavabında belə deyib. O, Qarabağın çox hissəsinin ermənilər tərəfindən işğal olunmasına diqqəti yönəldib:
"Qarabağ" bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm”.


Create Account



Log In Your Account