Jan 08 2019 14:39
Views: 393

Bu il Azərbaycanın qurudakı yataqlarından 7,4 mln. barel neft hasilatı proqnozlaşdırılır.  SOCAR-ın ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Azərbaycanın illik ümumi neft hasilatı 39 milyon bareldir. Qurudakı neft hasilatının ümumi hasilatdakı payı isə 5%-i ötmür. Başqa sözlə, qurudakı yataqlardan hasil olunan neft ümumi hasilatın cüzi hissəsini təşkil edir.

İbrahim Əhmədov bildirib ki, növbəti illərdə SOCAR-ın əsas hədəfi qaz hasilatını artırmaq, neft hasilatını isə stabilləşdirməkdir. Onun sözlərinə görə, son illər yeni kəşf olunan yataqların əksəriyyəti qaz və qaz-kondensat yataqlarıdır. 

Ekspertlərin  fikrincə, qurudakı neft hasilatının ümumi hasilatdakı payını nəzərə alsaq, bu göstərici neft gəlirlərinə ciddi təsir edə bilməz. Çünki, neft gəlirləri təkcə hasilatın səviyyəsindən asılı deyil. 

Qeyd edək ki,  Hesablama Palatasının hazırladığı “Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də cari ildə qurudakı yataqlardan ən çox hasilatın “Balaxanı” yatağından olacağı proqnozlaşdırılır. 2019-cu ildə “Binəqədi”, “Şirvan”, “Kürsəngi-Qarabağlı” yataqlarında hasilatın azalacağı, “Neftçala” yatağı və “Muradxanlı-Cəfərli-Zərdab” blokunda isə hasilatın artacağı gözlənilir.


Create Account



Log In Your Account