Oct 11 2019 15:26
Views: 374

Uzun müddət istismar edildiyindən və təbii amilərin təsiri nəticəsində Qusarın Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda çökmələr, deformasiyalar əmələ gəlib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bunu nəzərə alaraq yolun yenidən qurulması işlərinə başlayıb. Yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olacaq. Hərəkət hissəsinin eni 6 metr nəzərdə tutulur. Ümumilikdə təmir işləri 220 min kv.m sahəni əhatə edir. 2 nöqtədə dəmir-beton konstruksiyalı körpülər tikiləcək.
Tikinti işlərinin sonuncu  mərhələsində üçün yol boyu nişanlar və məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək. Yenidənqurma işləri gələn il yekunlaşacaq.


Create Account



Log In Your Account