Jul 23 2019 18:59
Views: 261

Restavrasiya və elmi tədqiqatlar sahəsində fikir, ideya təcrübə mübadiləsinin aparılması, qarşılıqlı faydalı əməkdaşlıqların başlanğıcı...AMEA-nın Mərkəzi Elmi Kitabxanasına ukraynalı tarixçi alim və arxeoloq Tatyana Krupanın təşkil etdiyi “Qəzetlərin rəqəmsallaşmadan öncə konservasiya” master klassı məhz bu məqsədlə təşkil olunub.

Seminar çərçivəsində iştirakçıların qəzetlərin saxlanılmasında praktiki vərdişlərin aşılanması, istifadə olunan materialların özəlliyi barədə məlumat verən alim bildirib ki, istənilən əlyazmaların saxlanılması və qorunması monitorinqdən başlayır. Restavrasiya işinin incəliyindən danışan ukraynalı tarixçi nəzəri biliklərin təcrübədə əhəmiyyətini qeyd edib. Bu işin cərrah dəqiqliyi tələb etdiyini vurğulayıb və insan amilinin önəmindən danışıb.

Gənc mütəxəssislərə təcrübələrinin artırılması, peşəkar restavrator və tədqiqatçılar üçünsə öz təcrübələrini bölüşmək, müqayisə etmək imkanı yaranıb. Belə formatda görüşlərin Azərbaycanın bu sahədə yaxşı təcrübələrinin yayılması baxımından da faydası qeyd olunub. Bu günü çağırışların oxşar olduğu ortaya çıxıb.


Create Account



Log In Your Account