May 23 2020 18:04
Views: 187

Müqəddəs Ramazan ayı artıq başa çatmaq üzrədir. Ramazan ayının son günü İslam Dünyası Ramazan Bayramını qeyd edir və bu bayram İslam təqvimində ən mühüm bayramlardan hesab olunur. Ramazan ayının özəlliyi insanların öz nəfslərinə qalib gəlməsidir.  Özünə qalib gələn insan isə cəmiyyət üçün təhlükəli ola bilməz.
Din xadimi deyir ki, İslam dininə görə bayram insanın günah etmədiyi günə deyilir. İnsanlar bu bayramı digərlərindən ayırmalı və daha çox yaxşı əməllər edərək qeyd etməlidir.  
Bu il Bayram namazı ənənəvi olaraq məscidlərdə kütləvi şəkildə qılınmayacaq. Buna səbəb koronavirus pandemiyası ilə mübarizədə kütləvi tədbirlərin keçirilməsinə qadağanın tətbiq olunmasıdır. Bu il bayram namazı fərdi şəkildə evlərdə qılınacaq.
Din xadiminin sözlərinə görə, yaxşı olar ki, fitrə zəkatını hər bir insan ehtiyacı olan isanlara özü çatdırsın. Fitrə zəkatının məbləği isə 3 kq arpa, buğda, un, düyü, kişmiş, xurma kimi nemətlərin qiymətinə bərabərdir. Fitrə zəkatı bayram axşamı ayrılır və səhər saat 8-9 radələrinə kimi ehtiyacı olan insanlara çatdırılmalıdır.

 


Create Account



Log In Your Account