Jun 05 2019 19:59
Views: 163

Ramazan müsəlmanlar üçün ən mühüm və müqəddəs ay hesab olunur. 11 ayın sultanı adlandırılan Ramazan mənəvi təmizlənmə zamanı sayılır.  Ramazan ayı ərzində müsəlmanlar oruc tutur. Sübh tezdən axşama qədər yeməkdən-içməkdən imtina edir, eyni zamanda pis əməllərdən, haramdan, qeybətdən uzaqlaşır. Yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar orcu tutmaqdan azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
Ramazan ayının ən mühüm xüsusiyyətlərindən biri məhz müsəlmanlar arasında həmrəylikdir. Hər bir müsəlmanın bir-birini daha yaxşı anlaması, dərdinə şərik olması, eyni zamanda Ramazan bayramı sevincini paylaşması bu ayın önəmli məqamlarıdır.
Ramazan bayramında qohumlara, valideynlərə baş çəkmək, bayramlaşmaq, dünyasını dəyişən əzizlərinin xatirəsini yad etmək hər bir müsəlmanın borcu sayılır. 
Azərbaycanda müsəlmanların müqəddəs bayramı olan Ramazan 1993-cü ildən dövlət səviyyəsində geniş qeyd olunur. Bayram günləri rəsmən qeyri-iş günü elan edilib.


Create Account



Log In Your Account