May 23 2020 18:12
Views: 411

Mövsüm meyvələri, tərəvəzlər, süd, bal məhsulları və quru meyvələrin çeşidləri…Bu və digər məhsullar bu gündən Bakının 3 fərqli nöqtəsində başlayan “Kənddən Şəhərə” Ramazan yarmarkalarında satışa çıxarılıb. Əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Fermerlərin yarmarkada iştirakını təmin etmək üçün bütün zəruri dəstək göstərilib. Ümumilikdə 70-ə yaxın adda kənd təsərrüfatı mallarının satışı həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkil etdiyi bayram yarmarkalarında bu il koronavirus təhlükəsinə görə bəzi yeni qaydalar tətbiq olunur.
Alıcılar da qiymətlərdən razılıq edir və sərfəli olduğunu deyirlər.  
Qeyd edək ki, 23-24 may tarixlərində davam edəcək yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir.

 


Create Account



Log In Your Account