Dec 28 2018 17:05
Views: 490

Bakıda fəaliyyət göstərən Yaşıl Market Kompleksi - “Agromall”da İranda istehsal olunan məhsulların satış-yarmarkası təşkil olunub. Burada qida məhsulları ilə yanaşı, qeyri-qida və əl işləri də təqdim olunur. Bu cür beynəlxalq satış-sərgilər adi vətəndaşlarla yanaşı diplomatları da maraqlandırır. Onlar öz ölkələrinin iş adamlarını bura cəlb etmək istəyirlər. 
2019- cu ilin ilk günlərində isə burada fəaliyyət göstərən ticarət evlərinin sırasına “Misir Ticarət evi” də əlavə olunacaq.
Beynəlxalq satış-sərgi yarmarkaları Prezident İlham Əliyevin imzaladığı "Qida məhsullarınin təhlükəsizliyininin təmin edilməsi haqqında" sərəncamına əsasən təşkil olunur. Bu sərəncamdan sonra yaradılan kompleksin tərkibində 86 xarici ölkənin – o cümlədən Əfqanıstan, Hindistan, Özbəkistan, Yaponiya, Gürcüstan, Rusiya, Ukrayna, Latviyanın ticarət evləri fəaliyyət göstərir.  Azərbaycanın 66 regionu da bu kompleksdə öz pavilyonunu açıb.


Create Account



Log In Your Account