Jul 02 2020 18:07
Views: 370

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 204-cü km-dən İran sərhədinədək qalan 3.05 km uzunluğa malik hissənin tikintisinə start verilib. Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.

Yeni magistral yolun keçdiyi bəzi ərazilərində vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunur. Buna görə də buranın əvvəlcə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və ələnmiş çay daşı dörd mərhələ üzrə tökülərək kipləşdirilib.

Ümumilikdə tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi isə 80% yerinə yetirilib. Hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, su ötürücü borularının, tunel tipli yol ötürücüsünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərin 75%-i yerinə yetirilib. Həmçinin yolda mal-qara üçün dəmir-beton keçidin tikintisi də nəzərdə tutulub.

 

Yeni magistralın sərhəddə qədər olan 3.05 km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. Yeni yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı da aradan qalxacaq. Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcəklər.

 

 


Create Account



Log In Your Account