Apr 19 2019 17:27
Views: 358

Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub. Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani iştirak ediblər. Zavodda birinci mərhələdə 500 müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır.


Create Account



Log In Your Account