Apr 09 2018 16:20
Views: 664

Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan pravoslav xristianlar üçün də müqəddəs günlərdir. Möminlər İsa Məsihin dirilişini – Pasxa bayramını qeyd edirlər. Pasxa ibadəti hava qaralanda başlayır. Gecə yarısı isə kilsə zənglərinin sədaları altında, əllərində şamlar olan möminlər məbəddə Pasxa ayinlərini icra edirlər. Pasxa pravoslav xristianlar üçün ən müəqəddəs və sevincli bayramlardan biridir.
Ölkə ərazisindəki kilsələrdə bayram ayinləri icra olunub. Bu gün Azərbaycanda on minlərlə xristian yaşayır, kilsələr paytaxtla yanaşı, bölgələrdə də fəaliyyət göstərir. Uzun əsrlər boyu bütün dini inanclara mənsub insanların birgə dinc şəraitdə yaşadığı Azərbaycanda bu gün də tolerantlıq, multikulturalizm ənənələri davam edir. Digər möminlər kimi xristianlar da öz müqəddəs bayramlarını rahat şəkildə qeyd edirlər.
Pravoslavların inanclarına görə, İsa Məsihin zühur etməsindən sonrakı bütün həftə bayram sayılır. Bu günlərdə bir-birinə qonaq getmək, boyanmış Pasxa yumurtası hazırlamaq, kuliç bişirmək bayramın özünəməxsus ənənələrindəndir.


Create Account



Log In Your Account