Apr 26 2019 14:57
Views: 745

Azərbaycan Səudiyyə Ərəbistanı üçün maraqlı ölkədir. Səudiyyə Ərəbistanından olan sahibkarlar Azərbaycana sərmayə qoymaqda maraqlıdır. Bunu Səudiyyə Ərəbistanından olan iş adamı Məhəmməd bin Faxri Sumqayıt Texnologiya Parkı ilə tanışlıq zamanı deyib. O bildirib ki, əlaqələri genişləndirmək üçün yaxşı imkanlar var.

Əcnəbi iş adamları Sumqayıt Texnologiya Parkında fəaliyyət göstərən kabel zavodunda olublar. Onlar zavodun beynəlxalq standartlara cavab verdiyini bildiriblər. Zavodun fəaliyyət istiqamətləri ilə tanış olublar.

İş adamlarına bildirilib ki, zavodun istehsal gücü ildə 120 min ton kabeldir. Orta, yüksək və ifrat yüksək kabel istehsalı isə ildə 70 min tona bərabərdir. Xarici sahibkarlar kabel zavodunda sınaq laboratoriyası ilə tanış olublar. Bildirilib ki, istehsal olunan bütün kabellər ilk növbədə laboratoriyalarda sınaqdan keçirilir, daha sonra isə satışa buraxılır. Qonaqlara eyni zamanda hündürlüyü 125 m olan qüllədə istehsal olunan kabellər barədə məlumat verilib. Qeyd olunub ki, bu növ kabellər dünyada cəmi 6 ölkədə istehsal olunur. Onlardan biri də Azərbaycandır. İş adamlarına ilk dəfə Azərbyacanda istehsal olunan fiber optik kabellər barədə də məlumat verilib.


Create Account



Log In Your Account