Sep 25 2019 18:19
Views: 351

Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsi başlayıb. Sentyabrın 30-dək davam edəcək sessiyada 196 nümayəndə heyətinin, o cümlədən 91 dövlət başçısı, 6 vitse-prezidenti, 45 hökumət başçısı, 5 baş nazir müavini, 44 nazir iştirak edir.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxışı zamanı Dağlıq Qarabağ və Kəşmir münaqişəsi ilə bağlı məsələlərə toxunub.  Ərdoğan Dağlıq Qarabağın BMT qətnamələrinə baxmayaraq hələ də işğalda saxlanılmasına diqqət çəkib.


Create Account



Log In Your Account