Oct 16 2019 19:45
Views: 942

“Mülki insanlara qarşı soyqırımı görmək istəyənlər Dağlıq Qarabağa baxsın”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısında belə deyib. Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatından danışan dövlət başçısı ölkəsini mülki şəxsləri öldürməkdə ittiham edənlərə cavab verib. Qərb dövlətlərini və Ərəb Liqasını vicdanlı olmağa çağırıb.
Türkiyə prezidenti çıxışında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündən də danışıb. Azərbaycan prezidenti, eləcə də digər ölkələrin liderləri ilə məhsuldar görüşlər keçirdiyini qeyd edən Rəcəb Tayyib Ərdoğan Türk Şurasının gücləndiyini bildirib. Onun sözlərinə görə, Türk Şurasının nüfuzu Türkmənistanın da qoşulması ilə daha da arta bilər.
Ərdoğan qeyd edib ki, Macarıstanda Türk Şurasının ofisinin açılması türk dünyasının Avropa ilə əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Türkiyə prezidentinin sözlərinə görə, Bakı sammitində TürkPA, Türksoy, Türk Akademiyası kimi qurumların fəaliyyətini uzlaşdırmaq üçün Türk Şurası Əlaqələndirmə Mərkəzinin yaradılması qərara alınıb. Türk Şurasının 8-ci zirvə görüşünə Türkiyə ev sahibliyi edəcək.


Create Account



Log In Your Account