May 22 2020 18:12
Views: 385

Azərbaycanda sereolojik, yəni  koronavirus xəstəliyinin keçirib-keçirməməklə bağlı testlərlə əlaqədar əhali arasında çalışmalara başlanılacaq. Bununla insanların neçə faizinin bu xəstəliyi keçirdiyi bilinəcək. Bunu Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı REACT C-19 layihəsinin 2-ci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Qeyd edib ki, həkimllər iki həftə Bakıda, 2 həftə regionlarda xəstəxanalarda mövcud vəziyyəti dəyərləndirib və problemlərin aradan qaldırılmasına dəstək olublar.
Qeyd olunub ki, REACT-C 19 heyəti seçilmiş xəstəxanaların hazırlıq səviyəsini artırmaq üçün orada çalışan həkimlərlə fəaliyyət planı tərtib edib. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Fondun department rəhbəri Soltan Məmmədov bildirib ki, ölkədə virusla mübarizədə aparılan uğurlu mübarizə kimi, bu layihə də başqa ölkələrə nümunə olacaq.
Layihəyə qoşulan Türkiyədə çalışan 19 azərbaycanlı həkim 4 bölgədə - Gəncə, Ağdaş, Goranboy və Şəmkirdə seçilmiş xəstəxanalarda həm həmkarlarına təlim keçib, həm də təcrübə mübadiləsi aparıb  
Layihənin 2-ci mərhələsinin yekunlarına həsr olunmuş tədbirdə qeyd olunub ki, həkim mütəxəssislər və tibb işçiləri arasında yaradılan sistemin davam etdirilməsi üçün onlayn konsultasiyaların davamı nəzərdə tutulur.

 


Create Account



Log In Your Account