Jul 05 2019 18:00
Views: 181

Türkiyənin və ABŞ-ın regional enerji təhlükəsizliyində rolu bu gün ADA Universitetində təşkil olunan simpoziumda müzakirə mövzusu olub. Beş gündür davam edən Regional Enerji Təhlükəsizliyi Simpoziumunun əsas məqsədi məlumatlandırma yolu ilə regional enerji təhlükəsizliyinin və dayanıqlığının artamsı, regional və qurumlararası əlaqələndirmənin, eləcə də sektorlararası əməkdaşlığın inkişaf etdirilməsidir. Bu günkü sessiyada çıxış edən ABŞ-ın səfiri Li Litzenberger qeyd etdi ki, Azərbaycan "Şərq-Qərb" istiqamətində Avropaya qaz tədarükündə Rusiyanın yeganə alternativdir.

XİN-in İqtisadi Əməkdaşlıq idarəsinin Avropa İttifaqı ilə əməkdaşlıq şöbəsinin müdiri Rəşad Novruz Azərbaycan üçün enerji təhlükəsizliyi mövzüsunda prioritet məsələlər və bu sahədə beynəlxalq əməkdaşlıqlar barədə fikirləri ilə bölüşdü.  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyənin enerji sektorundakı rolu, Azərbaycan Türkiyə iş birliyinin  Avropanın enerji təhlükəsizliyinə verdiyi rolu, bu məsələlərdə TANAP-ın əhəmiyyəti barədə danışdı.

Simpozium ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, BP və SOCAR-ın birgə əməkdaşlığı ilə keçirilib.


Create Account



Log In Your Account