Mar 29 2018 15:44
Views: 431

İraqın İŞİD-dən azad olunması və terror təşkilatının Suriyadakı itkiləri İŞİD-in əsarətində olan 7,7 milyon insan və koalisiya qüvvələri üçün mühüm uğurdur. Amma antiterror fəaliyyəti hələ tam başa çatmayıb. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Dubay Regional Media Habının direktoru Nataniel Tek qurumun təşkil etdiyi media tur çərçivəsində jurnalistlərllə görüşündə  İŞİD-lə mübarizədə birgə əməkdaşlığın vacibliyinə diqqət çəkdi. Nataniel Tek hesab edir ki, Türkiyənin Suriya məsələsində mövqeyi anlaşılandır. Çünki Suriyadakı müharibə Türkiyənin milli təhlükəsizliyini təhdid edir. O, ümid edir ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən bütün ölkələr vahid hədəf olan İŞİD-ə qarşı mübarizədə həmrəy olacaqlar.

İraq və Suriyada terrordan əziyyət çəkən insanlara yardım göstərilməsində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi – USAİD yaxından iştirak edir. Xarici yardım təşkilatı onların həyat şəraitinin yaxşılaşdırılmasına, ehtiyaclarının təmin olunmasına kömək edir.

Media Mərkəzi və beynəlxalq humanitar yardım təşkilatı ilə tanışlıq Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin təşkil etdiyi media tur çərçivəsində baş tutub. İlk dəfə təşkil olunan media turda Azərbaycanı CBC kanalı təmsil edib.


Create Account



Log In Your Account